May 28, 2017 12:40 Asia/Baku
  • İran və Çin birgə avtomobil istehsal edir
    İran və Çin birgə avtomobil istehsal edir

İranın "Kerman Motor" avtomobilqayırma şirkətinin icraçı müdiri bu şirkət ilə Çinin "GEC Motorz" şirkəti arasında birgə istehsal edilən "Cək S-3" avtomobilinin yaxın günlərdə təqdimatının olacağını bildirib.

İRİB-nin verdiyi məlumata görə, Saman Firuzi "Kerman Motor" şirkətinin daha 2 Çin şirkəti ilə əməkdaşlığa başladığını deyərək, əlavə edib: "Kerman Motor" şirkəti Çinin "Lifan" və "GEC" şirkəti ilə əməkdaşlıqlarını yenidən bərpa edib.

Sami Firuzi əlavə edib: Bu il həmçinin "Cək S-4" avtomobilinin də təqdimatı keçirilməlidir.

Teqlər