Şərəbiyanda zəlzələ
Avq 28, 2017 08:49 Asia/Baku
Bu günun ilk saatlarında Şərqi Azərbaycanın Şərəbiyan şəhərində zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika Müəssisəsinin tabeliyində olan Seysmologiya mərkəzinin bildirdiyinə görə, zəlzələ bu gün saat 3:44:49-da baş verib.
Şərqi Azərbaycanın icra hakimiyyətinin fövqəladə hallar üzrə baş müdiri deyib: Şərəbianda bu gün baş verən zəlzələnin insan tələfatı olmayıb və sadəcə 8 nəfər bədən xəsarəti alıb və hamısı ayaq üstü müalicə olub.
Xəlil Saəti əhalinin mənzillərinin ziyan gördüyünü bildirib və deyib: Zəlzələnin maddi ziyanları araşdırılmaqdadır və Qırmızı Aypara Cəmiyyəti və Təcili Tibbi Yardım əməkdaşları hadisə yerindədirlər.