• Ayətullah Xatəmi: İrandakı son iğtişaşlar amerikalılar və müttəfiqlərinin düşmənçiliyinin göstəricisi idi

Tehranın müvəqqəti imam cüməsi ötən günlərdə İranda yaşanan iğtişaşları amerikalılar və onların müttəfiqlərinin düşmənçiliklərinin nişanəsi adlandırıb.

Ötən günlərdə İranın bir neçə şəhərində xalq aksiyalar təşkil etmək və şüarlar verməklə iflas etmiş maliyyə müəssisələrində pulları batan insanların vəziyyətinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat mallarının bahalaşması və yaranmış vəziyyətə dövlət nəzarətinin zəifliyinə etiraz etmişdi. Amma, bu etiraz aksiyalarından bəzisi xarici ölkələrin himayəsi altında fürsət ardınca olan ünsürlər tərəfindən iğtişaşa sürüklənmişdi.

ABŞ, İsrail rejimi və Səudiyyə rejimi başçıları habelə, əcnəbi medialar bu etiraz aksiyalaraından sui-istifadə edərək, aksiyaları iğtişaş və xaosa doğru istiqamətləndirməyə çalışıblar. Amma, İran xalqı çərşənbə günündən etibarən müxtəlif şəhərlərdə geniş yürüşlər təşkil edərək, düşmənlər və fürsət ardınca olan iğtişaşçılara qarşı öz qəzəb və nifrətlərini bəyan edir.

İRİB-nin verdiyi məlumata görə, Tehranın müvəqqəti imam cüməsi Ayətullah Seyid Əhməd Xatəmi bu gün cümə namazı xütbələrində deyib: Amerikalılar və onların müttəfiqləri regionda xüsusilə Suriya və İraqda ardıcıl məğlubiyyətlər ilə üzləşdikdən sonra, müqavimət cəbhəsinin başında duran İran İslam Respublikasına zərbə vurmaq üçün yeni fürsətlər yaratmaq ardınca idilər.

Ayətullah Xatəmi əlavə edib: Amerikalılar və onların müttəfiqləri elə təsəvvür edirdilər ki, iğtişaşçıları himayə etməklə İran İslam Respublikasına zərbə vura bilərlər. Amma, İranın bəsirətli xalqı həmişə olduğu kimi bu dəfə də öz iştirakı ilə ABŞ və müttəfiqlərinin yeni planını uğursuzluğa uğratdı.

Tehranın müvəqqəti imam cüməsi daha sonra ABŞ, İsrail rejimi və Səudiyyə Ərəbistanının ötən bir neçə gündə iğtişaşçıları himayə etməkdə sanki bir-biriləri ilə yarışdıqlarına işarə edərək, deyib: İrandakı son iğtişaşları planlaşdıran Amerika, maliyyələşdirən isə Ərəbistan idi.

Jan 05, 2018 15:15 Asia/Baku
Şərhlər