Amerika, sionistlər və səudlar İrandakı iğtişaşların arxasında dururdular
Tehranın cümə namazı xitabətçisi deyib: İrandakı son iğtişaşların arxasında böyük şeytan olan Amerikanın və sionist rejimin planı və Səudiyyə Ərəbistanının maliyyə köməkləri olubdur.
Höccətulislam vəlmuslimin Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, İrandakı son fitnə və iğtişaşlar münafiqlər terrorçu qruplaşmasının və İran xalqının düşmənlərinin əsl simasını göstərdi. O, deyib ki, İran xalqı yaxşı şəkildə öz sırasını iğtişaşçıların və opportunistlərin sırasından ayırdı.
Bir qrup insan 2017-ci il dekabrın 28-dən etibarən bir neçə gün müddətinədək İranın bir neçə şəhərində aksiyalar keçirib, şüarlar verərək, maliyyə müəssisələrində zərər çəkənlərin vəziyyətlərinin müəyyən edilməməsinə, bəzi əmtəə mallarının baha olmasına, eləcə də dövlətin nəzarət zəifliyinə etiraz etdi ki, bu aksiyaların bəziləri, xarici dəstək ilə opportunistlər və iğtişaşçılar tərəfindən çaxnaşmaya çevrildi.
Tehranın cümə namazı xitabətçisi İranda iğtişaşları təşkil edən xarici amillərə toxunaraq, əlavə edib: İran xalqı öz istiqlaliyyətini qoruyacağı və dünyanın zalım qüvvələrinin tamahkarlıqları qarşısında dayanacağı zamanadək hücumlara məruz qalacaq.
Höccətulislam vəlmuslimin Kazem Seddiqi vurğulayıb: İran xalqı indiyədək düşmənlərin fitnələrini zərərsizləşdirib və müqavimət mehvəri də regionda Amerikanın, sionist rejimin və onların müttəfiqlərinin və dünyadakı bədxahların ağızlarına möhkəm yumruq vurubdur.
Tehranın müvəqqəti imamcüməsi sonra belə qeyd edib: Amerika İran xalqının qarşısında illüziyalara və məyusluğa düçar olub və əgər bir daha İrana qarşı fitnə həvəsinə düşərsə, İran xalqından möhkəm zərbə alacaqdır.