Astara-Astara dəmir yolu iki aya qədər istifadəyə veriləcək
-
Astara-Astara dəmir yolu iki aya qədər istifadəyə veriləcək
İran İslam Respublikası Dəmir Yol Təşkilatının beynəlxalq məsələlər üzrə baş direktoru deyib: Tezliklə Rusiyanın Sankt-Peterburq şəhərindən bir sınaq yük qatarı İranın Astara terminalına daxil olacaq, Astara-Astara dəmiryolunun mart və ya aprel ayında İran və Azərbaycan Respublikası rəsmilərinin iştirakı ilə rəsmi şəkildə açılışı olacaq.
İRNA-nın məlumatına görə, Abbas Nəzəri ötən gecə İranın şimalında Astarada İran və Azərbaycan Respublikası dəmiryol və sərhəd xidməti rəsmilərinin birgə iclasında əlavə edib: İran və Azərbaycan Respublikası arasında imzalanmış anlaşmaya əsasən, sınaq qatarının İran ərazisinə daxil olması üçün maneə yoxdur. Bu sınaq qatarının yükü MDF olacaq. İran və Azərbaycan Respublikası dəmiryol rəsmiləri dəmiryolu və qatarın hərəkətini texniki cəhətdən qiymətləndirəcəklər.
İran Dəmir Yol Təşkilatının beynəlxalq məsələlər üzrə baş direktoru Astara-Astara dəmiryolunun ticarət sektorundan əlavə sərnişin daşıma sektorunda da fəaliyyət göstərəcəyini bildirərək deyib: Azərbaycan Respublikası və Rusiya dəmiryolu rəsmiləri ilə danışıqlar aparılıb və gələcəkdə Astaradan Moskvaya sərnişin qatarı fəaliyyət göstərəcək.
Nəzəri həmçinin deyib: Azərbaycan Respublikası Astara-Astara dəmiryolu üçün təxminən 60 milyon dollar yatırım edib. Gələn aylarda İranın şimalında Astara-Rəşt dəmiryolu üçün 500 milyon dollar yatırım edəcək.
İran Dəmir Yol Təşkilatının beynəlxalq məsələlər üzrə baş direktoru xatırladıb: İran və Azərbaycanın dəmiryolunun birləşməsi ilə İranın şimal-cənub dəmiryol dəhlizi Bəndər Abbasın İranın şimal limanlarına birləşməsinə şərait yaradacaq.