Fev 22, 2018 20:58 Asia/Baku
  • General Qasim Rzayi-İranın hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı
    General Qasim Rzayi-İranın hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin sərhəd komandanı cümə axşamı günü İranın bir sərhədçi heyətinin yaxın gələcəkdə Rusiyaya səfər edəcəyini deyib: Bu səfərdə 5 Xəzəryanı ölkənin sərhədçiləri əməkdaşlıq müqaviləsi imzalayacaqlar.

İRNA-nın məlumatına görə, general Qasim Rzayi Gilan ostanının Astara rayonunda Astara-Astara dəmiryolu ilə yaxından tanış olub və deyib: Bu dəmiryolu İranın Gilan ostanı və Azərbaycan Respublikası sərhədi yaxınlığında yaşayan əhalinin mənafeyini təmin edəcəkdir. 

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin sərhəd komandanı əlavə edib: İran və Azərbayanın strategiyaları və yaxşı münasibətlərini nəzərə alaraq, bu dəmiryolu iki ölkənin rəsmiləri və sərhədçiləri arasında əməkdaşlıqlar səviyyəsini daha da inkişaf etdirəcək. 

Astara-Astara dəmiryolunun 9,5 km uzunluğu vardır. Onun 1,5 kilometri İran ərazisində, 8 kilometri isə Azərbaycan ərazisindədir. 

Bu dəmiryolu beynəlxalq şimal-cənub dəhlizinin bir hissəsidir. 

Şimal-Cənub Dəhlizinin yaradılması ideyası ilk dəfə 1993-cü ildə irəli sürülmüş və onun istifadəyə verilməsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən imzalanmışdır. 

Şimal-Cənub Dəhlizinin tam şəkildə istifadəyə verilməsi ilə, Xəzər dənizinin şimal ölkələri İran vasitəsi ilə Fars körfəzinə birləşəcək və İran, həmçinin cənub və cənub-şərqi Asiya ölkələrinin Xəzər dənizinin şimal ölkələri və Avropa ilə əlaqələri mümkün olacaqdır. 

Bu beynəlxalq dəhlizin istismara verilməsi məsafə və nəqliyyat xərclərinin azalması ilə nəticələnəcək. İran, Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan beş Xəzəryanı ölkədir. 

Teqlər