• Tehranın müvəqqəti imam cüməsi: İran ABŞ-ın bu hökuməti və bu prezidenti ilə müzakirə etmir
    Tehranın müvəqqəti imam cüməsi: İran ABŞ-ın bu hökuməti və bu prezidenti ilə müzakirə etmir

Tehranın müvəqqəti imam cüməsi amerikalıların müzakirə adamı olmadığını bildirib və deyib: Əgər bir gün müzakirə qərarı alınarsa belə, ABŞ-ın hazırkı hökuməti və prezidenti ilə müzakirə imkanı yoxdur.

Tehranın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Kazım Sədiqi bu gün Tehranın cümə namazı xütbələrində ABŞ prezidentinin heç bir ilkin şərt olmadan İran ilə müzakirələrin aparılmasına hazır olmasına dair təklifinə münasibət bildirib və deyib: ABŞ-ın nüvə anlaşmasından çıxması bu ölkənin hazırkı hökuməti ilə istənilən müzakirəni qeyri mümkün edib.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi heç bir ilkin şərt olmadan İran ilə müzakirələrə hazır olduğunu iddia edib. Bu hiyləgərliyinə baxmayaraq, Tramp 8 may tarixində İran ilə nüvə anlaşmasını dəhşətli, faydasız və ABŞ üçün zərərli anlaşma adlandıraraq, bu anlaşmadan çıxdığını və İrana qarşı nüvə sanksiyalarının yenidən bərpa olunacağını bildirdi.

Tehranın müvəqqəti imam cüməsi daha sonra 5 avqust, İslam İnsan Haqları Gününə işarə edib və deyib: Qərblilər insan haqları müdafiəçisi deyillər. Allahın haqq bildiyi insan haqlarıdır və bütün insanlar bərabər hüquqa malikdirlər.

Höccətülislam Kazım Sədiqi daha sonra Suriya və Yəmən ordusunun terrorizm ilə mübarizədəki qələbələrinə habelə, ABŞ və İsrailin ardıcıl məğlubiyyətlərinə işarə edib və deyib: Tezliklə Ərəbistanın himayəsində olan terrorçulara öldürücü zərbə endiriləcək.

Aug 03, 2018 14:57 Asia/Baku
Şərhlər