Lavrov İranın nüvə məsələsinin diplomatik yolla həllini vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i420895-lavrov_İranın_nüvə_məsələsinin_diplomatik_yolla_həllini_vurğulayıb
Öz iranlı həmkarı ilə görüşən Rusiya xarici işlər naziri İranın nüvə məsələsinin siyasi və diplomatik vasitələrlə həllini vurğulayıb.
(last modified 2025-07-15T08:37:41+00:00 )
İyul 15, 2025 12:36 Asia/Baku
  • Lavrov İranın nüvə məsələsinin diplomatik yolla həllini vurğulayıb

Öz iranlı həmkarı ilə görüşən Rusiya xarici işlər naziri İranın nüvə məsələsinin siyasi və diplomatik vasitələrlə həllini vurğulayıb.

Sergey Lavrov bunu, bu gün Çinin Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iclasının kənarında İran xarici işlər naziri Seyid Abbas Əraqçı ilə görüşdə dilə gətirib.

Görüşdə İraqçı və Lavrov regional və beynəlxalq iş gündəmində ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə rus tərəf bir daha İranın nüvə proqramı ətrafındakı böhranın sırf olaraq, beynəlxalq qanunlara uyğun şəkildə və siyasi və diplomatik yolla həllinin önəmini vurğulayıb.