İyul 14, 2025 17:51 Asia/Baku
  • İran, İraq və Pakistan Ərbəin ziyarətinin asanlaşdırılması üçün üçtərəfli həmkarlığa təkid ediblər

İran, İraq və Pakistan Ərbəin ziyarətinin asanlaşdırılması üçün üçtərəfli həmkarlığa təkid ediblər.

İraq daxili işlər naziri bu ölkənin zəvvarlara ev sahibliyi etməyə hazır olduğunu bildirib və İranın himayələrinin davam etməsini istəyib. O, Pakistandan da öz zəvvarlarının qayıdışı prosesini idarə etməsini istəyib.

Pakistan daxili işlər naziri də İran-İraq proqramlarını tam şəkildə himayə etdiyini bildirib. Qeyd edib ki, heç bir pakistanlı icazə almadan, İraqdan çıxış icazəsinə malik olmayacaq.

İraq daxili işlər naziri Əbdülamir Əlşimri bu gün Tehranın ev sahibliyi ilə keçirilən üç ölkənin daxili işlər nazirlərinin iclasında İranın ev sahibliyi və Pakistan daxili işlər nazirinin iclasda iştirakını yüksək dəyərləndirib. O, Hüseyn Ərbəini mərasiminin keçirilməsinə həsr olunan iclasda qeyd edib ki, İraq baş naziri Şia Əssudaninin göstərişi ilə Ərbəin zəvvarlarına xidmət istiqamətində bütün xidmət və logistik imkanlar təşkil olunub.

Müxtəlif keçidlərdən İraqa daxil olan pakistanlı zəvvarların böyük sayına toxunan İraq daxili işlər naziri/Pakistan daxili işlər nazirindən pakistanlı zəvvarların öz ölkələrinə qayıdış üzrə hərəkətlərini idarə etməyi istəyib