İyul 15, 2025 15:00 Asia/Baku
  • 700 fələstinli su növbəsində şəhid edilib

Qəzzə hökumətinin media ofisi bildirib ki, sionist rejim təkcə su növbəsində yüz on iki cinayət törədib və bu cinayətlər yeddi yüzdən çox fələstinli mülkinin şəhid olmasına bais olub.

Qəzzə hökumətinin media ofisi yaydığı bəyanatda qeyd edib ki, qəsbkar sionist rejim qüvvələri Qəzzədə su növbəsində yüz on iki dəhşətli cinayət törədib.

Məlumata görə, bu cinayətlərdə ümumilikdə yeddi yüzdən çox fələstinli mülki şəhid olub. Onların əksər hissəsini uşaqlar təşkil ediblər.

Qəzzə hökuməti dünya ictimaiyyətindən və humanitar müəssisələrdən istəyibdir ki, sionist rejimin Qəzzə əhalisini susuz saxlamaq üzrə hərəkətilə bağlı təcili tədbirlər görsün və Qəzzə sakinlərinin təhlükəsiz və qeyri-məhdud şəkildə içməli suya əlçatanlıqlarını təmin etsinlər.

Digər tərəfdən, ekstremist sionistlər işğal olunmuş Nəqəbdə yerləşən Arad şəhərinin yaxınlığında İordaniyadan Qəzzəyə humanitar yardımlar daşıyan yük maşınlarına hücum etməklə onların qarşısını alıb və Qəzzəyə doğru hərəkətlərinin davam etməsinə mane olublar.