Jan 24, 2019 12:39 Asia/Baku
  • General Soleymani dünyanın müdafiə sahəsi üzrə on üstün siması arasında
    General Soleymani dünyanın müdafiə sahəsi üzrə on üstün siması arasında

Amerikanın “Faren Palisi”( Foreign Policy) adlı rüblük jurnalı İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanını dünyada müdafiə sahəsi üzrə on üstün mütəfəkkirdən biri kimi təqdim edibdir.

“Faren Palisi”nin hər il dünyanın yüz üstün mütəfəkkirinin təqdimatı üzrə yaydığı xüsusi buraxılışda İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general Qasem Soleymani müdafiə-təhlükəsizlik sahəsinin on üstün mütəfəkkiri siyahısında yer alıbdır.

Xarici siyasət üzrə bu mötəbər jurnal general Soyemanini belə təqdim edib: O, Amerika prezidenti Donald Trampın təhdidlərinə açıq şəkildə cavab vermiş bir simadır.

“Faren Palisi” general Soleymaninin son zamanlar Trampa xitabən dediyi sözlərə işarə edib: Sizə deyirəm ki, biləsiniz, fikirləşmədiyiniz yerdə biz sizin yaxınlığınızdayıq.

“Faren Palisi” 2018-ci ildə dünyanın müdafiə sahəsi üzrə üstün mütəfəkkirlərinin təqdimatında general Soleymaninin kənarında Almaniyanın müdafiə naziri, Meksikanın daxili işlər naziri, həmçinin Efiopiya və Banqladeşin baş nazirlərinin adlarını sadalayıbdır.

 

Şərhlər