Jan 26, 2019 13:57 Asia/Baku
  • İqtidarın zirvəsində sülhməramlıq
    İqtidarın zirvəsində sülhməramlıq

İran İslam Respublikası ordusu Quru Qoşunlarının İranın mərkəzində, İsfahan vilayətinin Nəsrabad məntəqəsindəki iki günlük "İqtidar-97" hərbi manevrdə yerli istehsal olan ən yeni təchizatlardan istifadə edilib. İran Silahlı Qüvvələrinin sözçüsü İran İslam Respublikasının qonşu ölkələr ilə düşmənçiliyə malik olmadığını və güclü İranın heç bir ölkə üçün təhdid sayılmadığını bildirib.

İran İslam Respublikası ordusu Quru Qoşunlarının İsfahanın Nəsrabad məntəqəsində keçirilən "İqtidar-97" manevrinin sonuncu mərhələsində 30 kilometrlik məsafədən öncədən təyin edilmiş hədəflər yüksək dəqiqliyə malik olan ağıllı raketlər ilə məhv edilib.

İran İslam Respublikası ordusu Quru Qoşunlarının komandan əvəzi general-mayor Nozər Neməti bu barədə verdiyi açıqlamada deyib: "Bu manevrdə 12 min piyada qüvvəsi habelə, zirehli dviziya ən yeni hərbi təchizatları savaş meydanında sınaqdan keçiriblər."

Bundan başqa İran ordusunun Quru Qoşunlarının "İqtidar-97" manevrində gündüz və gecə əməliyyatları zamanı 1577 top lüləsindən istifadənin edilməsi bu qüvvələrin hücum qüdrətini nümayiş etdirib.

Hərbi qüdrətin zirvəsində sülhməramlıq. İran İslam Respublikasının müdafiə doktrinası məhz bundan ibarətdir. İran daim regionda sülh və təhlükəsizliyin təmin edilməsi arzusunda olub və heç vaxt müharibəyə başlayan tərəf olmayıb.

İran tarixi sülh və dostluq tarixidir. Və İslam İnqilabının qələbə çalmasından sonra ölkədə keçirilən bütün hərbi manevrlər dost və qonşu ölkələr üçün məhz bu şüara malik olub. İranın hərbi-müdafiə qüdrəti bu gün tamamilə yerlidir və əks-mühəndislik mərhələsindən yerli biliyə söykənərək, lazım olan hərbi təchizatların layihələşdirilməsi və istehsalı mərhələsinə çatıb.

İran İslam Respublikası ordusunun Quru Qoşunları komandanı general-mayor Kyumərs Heydəri: "İqtidar-97" manevrində heç bir xarici silahdan və xarici texnologiyadan istifadə edilmir. Bu, manevrin ən əsas xüsusiyyətlərindən biridir."

Hərbi hazırlığın qorunması, silahlar və hərbi təchizatların sınaqdan keçirilməsi və ordunun hazırlıq səviyyəsinin artırılması istənilən ordunun gündəmində duran məsələlərdəndir və İran ordusu Quru Qoşunlarının "İqtidar-97" hərbi manevrinə də məhz bu prizmadan yanaşmaq lazımdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi: "İranın raket qüdrəti qanuni müdafiə qüdrətinin bir parçasıdır və İran İslam Respublikasının milli təhlükəsizliyinin zamini sayılır. İran İslam Respublikası öz müdafiə bacarığını mövcud təhdidlərə uyğun şəkildə gücləndirir və müdafiə qüdrətinin lazım bildiyi səviyyəyə kimi yüksəldilməsində qətiyyətlidir."

İranın müdafiə qabiliyyəti İslam İnqilabının qələbə çalmasının qırxıncı ildönümündə zirvəyə yüksəlib və bu qüdrət dostlar üçün sülh, düşmənlər üçün isə xəbərdarlıq mesajına malikdir.

 

Teqlər

Şərhlər