Feb 15, 2019 19:13 Asia/Baku
  • Zərif: İranla savaş intihar mənasında olacaqdır

İranın xarici işlər naziri deyib: İrana qarşı hərbi addım üzrə hər cür cəhd intihar mənasında olacaqdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Münhen təhlükəsizlik konfransının kənarında Amerikanın NBC telekanalına verdiyi müsahibədə əlavə edib: İraqın İrana qarşı müharibəsi ilə razı olan şəxslər İranla savaş ardıncadırlar, amma sonda bu şəxslər dərk edəcəklər ki, İranla savaş onlar üçün intihar demək olacaqdır.

Zərif İranda legitimlik və qüdrət mənbəyini xalq adlandırıb və belə deyib: Donald Trampın dövlətindəki bəzi şəxslər İrana qarşı müharibəyə başlamağa çalışırlar, amma onlar məğlub olacaqlar.

O, nüvə anlaşması barədə Amerika dövləti ilə yenidən müzakirə ehtimalını rədd edərək, deyib: Nüvə anlaşması üçün on üç il müzakirə aparılıb və beynəlxalq müqavilələrə sadiq qalmayan Trampa necə etimad etmək olar?

İranın xarici işlər naziri həmçinin Amerika dövlətinin bir neçə beynəlxalq müahidə, müqavilə və təşkilatdan, o sıradan Rusiya ilə qısa və orta mənzilli nüvə raketlərinin qadağan edilməsi müahidəsindən, BMT-nin YUNESKO təşkilatından və İnsan Haqları Şurasından, eləcə də Şimali Amerika Azad Ticarət Assosiasiyasından çıxmasına işarə edərək, əlavə edib: İran nüvə anlaşması barədə yenidən müzakirə aparmayacaq və öz imzasına sadiq olmayan prezident Donald Trampa etimad etmir.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun öhdəliklərini birtərəfli şəkildə pozaraq, ölkəsinin nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

 

 

 

Teqlər

Şərhlər