Apr 20, 2019 14:36 Asia/Baku
  • İran ordusunun quru qoşunlarının 6 nailiyyəti təqdim olunub
    İran ordusunun quru qoşunlarının 6 nailiyyəti təqdim olunub

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının ən yeni müdafiə nailiyyətləri bu gün səhər təqdim olunub.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandan əvəzi briqada generalı Nozər Nemətinin iştirakı ilə keçirilən mərasimdə bu qüvvələrin altı yeni nailiyyəti təqdim olunub.

Elektron bombardmançı multirotor, "Tur Pəran" qırıcı təyyarəsi, quru elektron podu, "Plasma" atom spektrometri, piyada tərəfindən daşınan lazer xəbərdarlıqedici sistemi və avtomobil tərəfindən daşınan lazer xəbərdarlıqedici sistemi İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının iqtisadi müstəqillik cihadı və araşdırma təşkilatı tərəfindən bu mərasimdə təqdim olunan nailiyyətlərdirlər.

Bundan öncə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri bildirmişdi ki, quru qoşunlarının bütün təchizatları iranlı mütəxəssislərin bacarığına söykənməklə istehsal olunur.

Şərhlər