İyun 24, 2019 20:29 Asia/Baku
  • Rəisi: İran narkomaddələrlə mübarizənin önündə gedir
    Rəisi: İran narkomaddələrlə mübarizənin önündə gedir

İranın məhkəmə hakimiyyətinin sədri bildirib ki, Avropa və Amerika narkotik maddələrlə mübarizədə ciddi deyillər. O, deyib: İran İslam Respublikası narkotik maddələrlə mübarizədə yeganə əzmkar ölkədir.

Höccətulislam vəlmuslimin Seyyed Ebrahim Rəisi bu gün Tehranda beynəlxalq narkotik maddələrlə mübarizə günü ilə bağlı keçirilən konfransda bildirib ki, narkotik maddələrlə mübarizə beynəlxalq əzmkarlıq tələb edir. O, əlavə edib: Avropa və Amerika ölkələri bu sahədə öz vəzifələrinə əməl etməlidirlər.

Rəisi deyib: İran tərəfindən narkotik maddələrin aşkar edilməsi miqdarı narkotik maddələrlə mübarizədə İran İslam Respublikasının ciddiliyini göstərir. O, deyib: Amerika və Avropanın Əfqanıstanın işlərinə qarışdıqları zamandan bəri bu ölkədə narkotik maddələr istehsalı daha da artıbdır.

Teqlər

Şərhlər