Jul 09, 2019 11:39 Asia/Baku
  • General Pakpour: İslami İran nüfuzlu regional gücə çevrilib
    General Pakpour: İslami İran nüfuzlu regional gücə çevrilib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı deyib: İran İslam Respublikası bu gün nüfuzlu bir regional gücə çevrilib.

Briqada generalı pasdar Mohəmməd Pakpour Sepah-ın quru qoşunlarının komandanları və məsul şəxslərinin Məşhəd şəhərində keçirilən konfransında İslami İranın müxtəlif miqyaslardakı qüdrətinə işarə edib. O, deyib ki, İranın regional qüdrəti Amerika üçün dözülməzdir.

General Pakpour əlavə edib: Son zamanlar İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələri tərəfindən təcavüzkar amerikan pilotsuzun vurulması şəraiti İran İslam Respublikasının xeyrinə dəyişd. Bu hərəkət Amerikanın heybətini sındırdı və həmin hadisədən sonra hamı başa düşdü ki, İran bölgənin birinci gücüdür.

Teqlər

Şərhlər