İyul 10, 2019 21:29 Asia/Baku
  • Salehi: İran öz ərazi bütövlüyü və hüquqlarının qorunmasının ardıncadır
    Salehi: İran öz ərazi bütövlüyü və hüquqlarının qorunmasının ardıncadır

İranın Atom Enerjisi Təşkilatının sədri bildirib ki, İran daim öz ərazi bütövlüyü və hüquqlarının qorunmasının ardıncadır. O, vurğulayıb ki, dinc məqsədlərlə nüvə texnologiyasının genişləndirilməsi İranın inkarolunmaz hüquqlarındandır.

Əli Əkbər Salehi Fransada çıxan "Le Fiqaro" qəzetindəki bir yazıda Amerikanın İrana qarşı zalımcasına sanksiyalarının tətbiq olunmasına işarə edərək, yazıb: Amerika İranın dincməqsədli nüvə proqramından İran xalqına qarşı qeyri-insani sanksiyaların tətbiq edilməsi üçün bir bəhanə kimi istifadə edir.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: Amerikanın sanksiyalarının İrana heç bir təsiri olmayıbdır.

Salehi deyib: İran sədaqətsizliklər qarşılığında öhdəliklərin azaldılmasına təkid edən nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, özünün bəzi öhdəliklərini azaldıbdır.

İranın Atom Enerjisi Təşkilatının sədri Tehranın heç vaxt Amerikanın vədlərinə inanmadığını bildirərək, belə qeyd edib: Bu faciəli şəraitin davam etməsi ciddi nəticələrə gətirib çıxaracaqdır ki, qəti şəkildə İran onu alqışlamayacaqdır.

Teqlər

Şərhlər