Jul 12, 2019 13:13 Asia/Baku
  • General Hatəmi: İranın ərazi bütövlüyünə təcavüz edənlər peşmanedici cavabla üzləşəcəklər

İranın müdafiə naziri deyib: Hər bir səviyyədə olursa-olsun, düşmənlər İranın ərazi bütövlüyünə təcavüz etmək niyyətində olarlarsa, qətiyyətli, möhkəm və peşmanedici cavabla üzləşəcəklər.

Briqada generalı Əmir Hatəmi bu gün Qüdsü işğal etmiş rejimin baş naziri Benyamin Netanyahunun son hədəsini İran daxil olmaqla BMT-yə üzv ölkələrə qarşı təhdid və gücdən istifadə olunmamasına dair bu təşkilatın nizamnaməsinin pozulmasının aşkar nümunəsi adlandırıb və belə vurğulayıb: İran İslam Respublikası İslam dininin təlimlərinə və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan qanuni müdafiə haqqını qorumaqla təcavüzkarlara sərt cavab üçün silahlı qüvvələrin tam hazırlığına malikdir.

İranın müdafiə naziri həmçinin dünya ictimaiyyətinin beynəlxalq sülh və təhlükəsizlik prinsip və qaydalrı əsasında sionist rejimin təhlükəli rəftarlarına ciddi cavab verməsini istəyibdir.

Qüdsü işğal etmiş rejimin baş naziri Benyamin Netanyahu son zamanlar İran İslam Respublikasını beşinci nəsildən olan F-35 qırıcıları ilə hədələmişdi. Netanyahu demişdi: Bu təyyarələr Yaxın Şərqin hər bir nöqtəsinə, o cümlədən İrana və Suriyaya uça bilərlər.

 

Teqlər

Şərhlər