Aug 13, 2019 14:06 Asia/Baku
  • İranın yeni hərbi nailiyyətləri
    İranın yeni hərbi nailiyyətləri

İranın müdafiə nazirinin iştirakı ilə "Rəəd" tipli minaya və pusquya qarşı modern zirehli avtomobilin təqdimatı olub. Həmçinin "Ərəs 2" tipli taktiki avtomobillər İran İslam Respublikasının Silahlı Qüvvələrinə təhvil verilib.

Briqada generalı Əmir Hatəmi bu gün bildirib ki, zirehli "Rəəd" avtomobili avtomobilin altında tanka qarşı minanın partlaması, qəlpə və polad özəkli mərmilərin nüfuzu qarşısında olduqca müqavimətlidir. O, deyib: Bu avtomobil şose yolu kənarındakı bombalar və partlayış tələləri ilə şübhəli bilinən məntəqələrdən keçərkən komandanlar, şəxsiyyətlər və hərbi heyətin təhlükəsizliyini təmin etməyə qadirdir.

General Hatəmi əlavə edib: "Rəəd" minaya və tələyə qarşı zirehli avtomobili əməliyyat məntəqələri, sərhəd keçid məntəqələri, şəhər daxili və asimmetrik döyüşlər üçün münasibdir.

İranın müdafiə naziri həmçinin "Ərəs 2" tipli taktiki avtomobillərin qabiliyyətlərinə işarə edərək, deyib: Bu avtomobil çətin keçilən məntəqələrdə yüksək hərəkətliliyə malik olub, yüksək çəkili hərbi silah və sursat quraşdırmaqla motor, əməliyyat radiusu, yanacaq istehlakı, sıçrayış, yükdaşıma qabiliyyəti və silahquraşdırma qabiliyyəti sahələrində özündən qabaqkı nəsilə nisbətən diqqətəlayiq irəliləyişlərə malikdir.

İranın müdafiə naziri vurğulayıb: İranın Silahlı Qüvvələrinin bu avtomobillərin düzəldilməsi və istehsalı biliyinə nail olması, düzəltmə texnologiyası az sayda ölkənin ixtiyarında olan modern avtomobillərin təmini sahəsində mühüm bir addım sayılır.

Teqlər

Şərhlər