Aug 17, 2019 16:29 Asia/Baku
  • ABŞ və Avropa; dünyada narkomaddələrin artması amilləri

İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi deyib ki, Amerika və Avropa qitələrindəki bəzi ölkələrin siyasəti, dünyada narkomaddələr istehlakını artırıbdır.

İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi Eskəndər Momeni bu gün bir mətbuat konfransında Amerika və Avropa qitələrindəki bəzi ölkələrin narkomaddələr istehlakında dəyişikliyin yaradılmasına dair qərarını tənqid edib.

O, deyib: Bir neçə ölkə bəzi narkotik maddənin istehlakını azad elan edibdir ki, bu addım narkomaddələrin istehsalı, istehlakı və narkomanların sayının artmasına bais olubdur.

Momeni əlavə edib: BMT-nin hesabatına əsasən, Amerikada 28 milyon nəfər uyuşdurucu maddə istehlak edir ki, bu səbəbdən,  hər il onlardan yetmiş min nəfər ölür.

İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi bildirib ki, BMT-nin hesabatına əsasən,  Asiyada və Əfqanıstanda narkotik maddələr əkini artıbdır. O, deyib ki, Əfqanıstanda narkomaddələr istehlakı yüksələn xətt üzrə artmaqdadır.

Teqlər

Şərhlər