Aug 19, 2019 13:21 Asia/Baku
  • İnqilab Rəhbəri ofisi vebsaytının fransız, rus və ispan versiyalarının təqdimatı olub
    İnqilab Rəhbəri ofisi vebsaytının fransız, rus və ispan versiyalarının təqdimatı olub

Səadətli Qədir bayramının gəlib çatması ilə bir zamanda keçirilən mərasimdə Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinin informasiya saytı- KHAMENEI.IR saytı fransız, rus və ispan dillərində fəaliyyətə başlayıb.

Bu vebsaytlar bu gün İran Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Seyyed Kəmal Xərrazi, həmçinin bir qrup məsul şəxs və media fəalının iştirakı ilə işə başlayıb.

Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinin informasiya saytı- KHAMENEI.IR saytı 1382-ci günəş ilindən fəaliyyətə başlayıb və İslam İnqilabının Böyük Rəhbərinin bəyanatları, fəaliyyətləri və xəbərləri işıqlandırıb, bu barədə məzmun yaradıcılığı ilə məşğuldur.

Şərhlər