Avq 21, 2019 15:47 Asia/Baku
  • İnqilab Rəhbəri: Düşmən heç bir qələt edə bilməz
    İnqilab Rəhbəri: Düşmən heç bir qələt edə bilməz

İslam İnqilabının Böyük Rəhbəri İranın prezidenti və nazirlər kabinetinin üzvləri ilə görüşdə buyurublar: Düşmən heç bir qələt edə bilməz və İran İslam Respublikasının ikinci qırx ili bizim üçün birinci qırx ildən daha yaxşı, düşmənlər üçün isə daha pis olacaq.

İran prezidenti və İran İslam Respublikasının nazirlər kabinetinin üzvləri bu gün İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə vurğulayıblar: Məsul şəxslər “mövcud problemlərin həllinin əsas açarı” kimi daxili istehsala tam diqqət yetirsinlər.

İslam İnqilabının Böyük Rəhbəri sonra iqtisadiyyat sahəsindəki prioritetləri bəyan edərək, üç məsələ üzərində təmərküzləşiblər: Xam neft ixracatından asılılığı kəsmə, digər sektorların mühərriki ola biləcək iqtisadi təkanvericilərə diqqət və məsul şəxslərin və orqanların istehsalçılara baxışlarının dəyişdirilməsi zərurəti.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Amerika, Avropa və hətta sabiq SSRİ bu qırx ildə İran İslam Respublikasına qarşı əllərindən gələni etdilər, amma nəticəyə çatmadılar. Əlbəttə, əzab-əziyyət və çətinlik yaratdılar, lakin islami quruluşun hərəkəti və irəliləyişinə mane ola bilmədilər.

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının siyasi, müdafiə və iqtisadi sahələrdəki irəliləyişləri və qabiliyyətlərinin artmasına işarə edərək, vurğulayıblar: Düşmən heç bir qələt edə bilməz və İran İslam Respublikasının ikinci qırx ili qəti şəkildə bizim üçün birinci qırx ildən daha yaxşı, düşmənlər üçün isə daha pis olacaq.

O həzrət çıxışlarının yekun hissəsində Kəşmir məsələsinə toxunublar və bu bölgə müsəlmanlarının durumundan narahatlıq ifadə edərək, deyiblər: Biz Hindistan hökuməti ilə yaxşı münasibətlərə malikik, amma Hindistan hökumətindən gözləntimiz və təvəqqemiz budur ki, nəcib Kəşmir əhalisi qarşısında insaflı siyasət yeritsin və bu bölgə əhalisinə zorakılıq edilməsin.

İslam İnqilabının Böyük Rəhbəri Kəşmir bölgəsinin hazırkı vəziyyətini və Hindistanla Pakistan arasında bu sahədə mövcud olan ixtilafları xəbis İngiltərənin Hind yarımadasından çıxarkən etdiyi hərəkətlərinin nəticəsi adlandırıb və belə deyiblər: İngilislər Kəşmirdə toqquşmanın davam etməsi üçün bu yaranı qəsdən bu bölgədə qoyublar.

İslam İnqilabının Böyük Rəhbərinin çıxışından öncə İran İslam Respublikasının prezidenti cənab Ruhani bir çıxışda Amerikanın sanksiyalarını terror hərəkəti adlandırıb və belə qeyd edib: Bu gün Amerika bütün İran xalqına, iranlı uşaqlar, qadınlar və kişilərə qarşı iqtisadi terrorizmə əl atıbdır.

Cənab Ruhani İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq üzrə qarşılıqlı addımlarına işarə edərək, deyib: Öhdəliklərin azaldılmasında düzgün yol seçmiş və vurğulamışıq. Səbrimizin həddi var və onların öhdəsizlikləri qarşısında tam öhdəliyi qəbul edə bilmərik.

 

 

Teqlər

Şərhlər