İranın neft-kimya məhsullarının istehsal imkanı 50% artıb
https://azeri.sahartv.ir/news/İran-i348191-İranın_neft_kimya_məhsullarının_istehsal_imkanı_50_artıb
İran milli neft-kimya şirkətinin icra müdiri İranın neft-kimya məhsullarının istehsal imkanının 50% artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2019 10:43 Asia/Baku
  • İranın neft-kimya məhsullarının istehsal imkanı 50% artıb
    İranın neft-kimya məhsullarının istehsal imkanı 50% artıb

İran milli neft-kimya şirkətinin icra müdiri İranın neft-kimya məhsullarının istehsal imkanının 50% artmasından xəbər verib.

İran milli neft-kimya şirkətinin icra müdiri Behzad Mohəmmədi neft-kimya sənayesinin ölkə iqtisadiyyatındakı təsiri və səmərəliliyinin böyük önəminə toxunub. Qeyd edib ki, hazırda İranda 56 neft-kimya kompleksi fəaliyyət göstərir və onlar ildə 66 milyon ton müxtəlif məhsul istehsal edir.

Mohəmmədi deyib: Bu 66 milyon tonun bir hissəsi xammal kimi neft-kimya sənayesində istehlak olunur və onun 31 milyon tonu yekun məhsul kimi bazara təqdim edilir.

İranın milli neft-kimya şirkətinin icra müdiri neft-kimya sənayesi məhsullarının 70 faizinin ixracatına işarə edərək, deyib: Bu sənaye məhsullarının satış məkanından bütövlükdə 17 milyard dollar gəlir əldə olunur.