Sep 08, 2019 20:09 Asia/Baku
  • Zəncanda “Abbas” günü
    Zəncanda “Abbas” günü

Əba Əbdillah Əl-Husəyn tərəfdarlarından minlərlə nəfər Zəncanın böyük hüseyniyyəsində keçirilən iri Yəum-əl-Abbas toplantısında iştirak edərək, Kərbəla düzünün teşnə səqqasına öz məhəbbət və hörmətini ifadə edib.

Yəum-əl-Abbas adı ilə məşhur olan bu mərasim hər il məhərrəm ayının səkkizinci axşamında İranın Zəncan şəhərində keçirilir.

Əhli-Beyt(ə) tərəfdarlarından on minlərlə nəfər bu gün bütün İrandan və bəzi dünya ölkələrindən Zəncanın böyük hüseyniyyəsinin dəstələrində iştirak edib.

Zəncanlıların məhərrəm ayının səkkizinci və on birinci günlərindəki əzadarlıqları İranın milli mənəvi irs siyahısında qeydə alınıb. Zəncan Minadan sonra dünya müsəlmanlarının ikinci qurbankəsmə məkanıdır.

 

Teqlər

Şərhlər