Sep 16, 2019 18:55 Asia/Baku
  • İran öz dinc nüvə proqramını genişləndirməyi davam etdirəcək
    İran öz dinc nüvə proqramını genişləndirməyi davam etdirəcək

İranın Atom Enerjisi Təşkilatının sədri İran İslam Respublikasının nüvə irəliləyişlərinə toxunub. Bildirib ki, İran öz dinc nüvə proqramını enerji istehsalı, səhiyyə və kənd təsərrüfatı sahələrində genişləndirmək üçün məntiqli hədəflər nəzərə alıbdır.

Əli Əkbər Salehi bu gün MAQATE-nin Vyanada keçirilən 63-cü ümumi konfransında nüvə təhlükəsizliyi sahəsində regional həmkarlığın genişləndirilməsini vurğulayaraq, əlavə edib: Nüvə təhlükəsizliyi/ dinc məqsədlər istiqamətində nüvə enerjisindən istifadə, istehsal və araşdırma üçün inkişaf etməkdə olan ölkələrin dəyişməz hüquqlarını məhdudlaşdırmaq, inkar etmək və pozmaq üçün bir vasitə və bəhanə olmamalıdır.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin nüvə anlaşmasında qalan tərəflərin öhdəliklərinin yerinə yetirilməməsi, Amerikanın təkvektorluluğu və çoxvektorluluğa zərbə vurmaq üzrə təxribatçı hərəkətlərini tənqid edib. O, deyib: Dünya ictimaiyyəti Amerikanın təxribatçı hərəkətlərini və bu ölkə tərəfindən digər ölkələrə qarşı iqtisadi terrorizmin həyata keçirilməsini pisləməlidir.

Teqlər

Şərhlər