Sep 17, 2019 12:28 Asia/Baku
  • İnqilab Rəhbəri:Heç bir səviyyədə Amerika ilə müzakirə aparılmayacaq
    İnqilab Rəhbəri:Heç bir səviyyədə Amerika ilə müzakirə aparılmayacaq

İslam İnqilabının Böyük Rəhbəri amerikalılar tərəfindən müzakirə məsələsinin yenidən irəli sürülməsinə işarə edərək, vurğulayıblar: İran İslam Respublikasının bütün məsul şəxsləri bu qənaətdədirlər ki, heç bir səviyyədə Amerika ilə müzakirə aparılmayacaq.

Həzrət Ayətullahuluzma Xamenei dini elmlər üzrə təhsil mərkəzlərində yeni dərs ilinin başlanğıcında bu gün “xarici fiqh” dərsinin əvvəlində amerikalıların müzakirə hiyləsində məqsədlərini öz istəklərini qəbul etdirmək və İrana maksimum təzyiqin təsirlərinin isbatı adlandırıblar. O həzrət deyiblər ki, maksimum təzyiq siyasətinin İran xalqı qarşısında heç bir dəyəri yoxdur.

İslam İnqilabının Böyük Rəhbəri amerikalı rəsmilərin müzakirə haqdakı fərqli mövqelərinə toxunaraq, əlavə ediblər: Bəzən deyirlər ki, önşərtsiz müzakirə, bəzən də deyirlər ki, 12 şərtlə müzakirə. Bu kimi sözlər ya onların qarışıq siyasətlərindən irəli gəlir, ya da ki, qarşı tərəfi çaş-baş salmaq üzrə bir hiylədir. Əlbəttə, İran İslam Respublikası başını itirməyəcək, zira bizim yolumuz aydındır və nə etdiyimizi bilirik.

O həzrət belə qeyd ediblər: Bu cür müzakirə üçün onlar üçün südlük inək kimi əməl edən kəslərin sorağına getməlidirlər. İran İslam Respublikası möminlərin respublikası, müsəlmanların respublikası və izzət respublikasıdır.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Əgər Amerika öz sözünü geri götürüb, tövbə edər və pozduğu nüvə anlaşmasına qayıdarsa, o zaman anlaşmaya üzv ölkələrin iştirak edərək, İranla söhbət etdikləri kimi, Amerika da onların arasında iştirak edə bilər. Əks təqdirdə, nə Nyu-Yorkda, nə də ki, heç bir yerdə, İran İslam Respublikasının məsul şəxsləri ilə amerikalılar arasında heç bir səviyyədə heç bir müzakirə baş tutmayacaq.

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, ötən 40 il ərzində İran İslam Respublikası müxtəlif hiylələrlə üzləşib və düşmənlər əziz İranı məğlub edə bilməyiblər. O, həzrət vurğulayıblar: Onların siyasətləri bir-birinin ardınca İran İslam Respublikasının siyasətlərinə məğlub oldular və bundan sonra da İran İslam Respublikası Allah-Taalanın köməkliyi ilə onları məğlub edəcək və meydandan qalib və başıuca çıxacaqdır.

 

 

Teqlər

Şərhlər