Sep 21, 2019 08:10 Asia/Baku
  • İqtisadi terrorizmlə müzakirə bir yerə sığmır
    İqtisadi terrorizmlə müzakirə bir yerə sığmır

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, amerikalılar həm iqtisadi terrorizmi həyata keçirə, həm də müzakirə masası arxasında oturmaq istəyə bilməzlər.

BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş İran İslam Respublikasının xarici işlər naziri müxbirlərə deyib: Regionun hazırkı durumu, beynəlxalq vəziyyət, Amerikanın əhdpozmaları, Ağ Ev-in yaratdığı təhlükələr və İranın bölgənin təhlükəsizliyi barədə fikirləri İran prezidentinin BMT Baş Assambleyasının 74-cü sessiyasında edəcəyi çıxışın əsas mehvərləridir.

İranın xarici işlər naziri söyləyib: Amerikalılar eyni zamanda iqtisadi terrorizmi və ya Tramp demişkən, İrana qarşı iqtisadi müharibəni davam etdirə, maksimum təzyiq siyasətini yeridə, həm də müzakirə masası arxasında oturmağı istəyə bilməzlər.

İran İslam Respublikasının xarici işlər naziri Amerikanın nüvə anlaşması üzrə birgə komissiyada iştirakı ehtimalı barədə belə deyib: İndiyə kimi belə bir məsələ təklif olunmayıbdır, amma Birləşmiş Ştatların bu komissiyada istər qonaq, istərsə də üzv formasında iştirakı, İrana qarşı iqtisadi savaşa son qoyulması zəruridir. Müzakirə masasına qayıdış şəraiti aydındır və müzakirə masası nüvə anlaşması üzvləri və ya bu anlaşma qarşısında öz öhdəliklərini yerinə yetirən kəslər üçündür.

 

Şərhlər