Sep 27, 2019 11:53 Asia/Baku
  • Amerika beynəlxalq sülh və təhlükəsizliyi zəiflədir
    Amerika beynəlxalq sülh və təhlükəsizliyi zəiflədir

İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini ABŞ-ın nüvə anlaşmasından çıxmasını bu ölkənin beynəlxalq sülh və təhlükəsizliyi zəiflədən məsuliyyətsiz siyasəti adlandırıb.

Qolamhoseyn Dehqani BMT Baş Məclisinin nüvə silahlarının tam şəkildə məhv edilməsi üzrə beynəlxalq gün münasibətilə keçirilən yığıncağında əlavə edib: Nüvə tərkisilahı və bu silahların olmadığı dünyanın yaradılması zəruridir və çox-çox bundan öncə həyata keçməli idi.

Dehqani nüvə silahları yarışının və nüvə silahlarının modernləşdirilməsinin yeni dövründən narahat olduğunu və bu məsələnin bəşəriyyətin yaşaması üçün təhlükə yaratdığını söyləyib.

O, ABŞ-ın qısa və orta mənzilli raketlərin qadağan olunması müqaviləsindən çıxmasının beynəlxalq vəziyyətin ağırlaşmasına bais olduğunu bildirib.

Dehqani Amerikanın/ nüvə cəbbəxanalarının modernləşdirilməsi və daha aşağıdan istifadə etmək qabiliyyətli kiçik nüvə silahlarının genişləndirilməsi üzrə geniş proqramına işarə edərək, deyib: Amerika prezidenti Donald Tramp zirvənin başında durmaq üçün daha çox nüvə silahları əldə etmək ardıncadır.

İran xarici işlər nazirinin müavini vurğulayıb ki, Amerikanın məsuliyyətsiz siyasətləri və onların doğurduğu faciəli proses dayandırılmalıdır.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini həmçinin deyib ki, bu müqaviləyə üzv olmayan yeganə nüvə silahlarına malik olan tərəf, yəni sionist rejim bölgənin sülhü və sabitliyini və ondan da geniş bir məsələni xətərə salıbdır.

 

 

Teqlər

Şərhlər