Oct 05, 2019 08:07 Asia/Baku
  • Əmir Əbdollahiyan: Əcnəbilər İraqda sabitliyi pozmağa çalışırlar
    Əmir Əbdollahiyan: Əcnəbilər İraqda sabitliyi pozmağa çalışırlar

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi İraqdakı iğtişaşlara toxunaraq vurğulayıb: Uzun illər İraqı təhlükəli etməyə çalışan əcnəbilər indi başqa bir şəkildə sabitliyi pozmağa çalışırlar.

İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmir Əbdollahiyan cümə günü öz twitter səhifəsində sionistlərin və təkfirçi terrorizm tərəfdarlarının İraqdakı hadisələrdə iştirak etdiklərini vurğulayıb.
İraqın bəzi vilayətləri, o cümlədən Bağdad, son günlər dövlət xidmətlərinin qeyri-münasib vəziyyətinə, iş imkanlarının olmamasına və korrupsiyaya qarşı etiraz nümayişlərinin şahidi oldu. Faktlar nümayişlərin təbii olmadığını göstərir.

 

Teqlər

Şərhlər