Oct 08, 2019 19:26 Asia/Baku
  • Tehran və Bakı arasında sosial və sahibkarlıq əməkdaşlıqları
    Tehran və Bakı arasında sosial və sahibkarlıq əməkdaşlıqları

İranın kooperasiya, əmək və sosial rifah naziri və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri iki ölkənin münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildiriblər. Onlar sosial və sahibkarlıq sahələrində əməkdaşlığı vurğulayıblar.

Mohəmməd Şəriətmədari Tehranda Sahil Babayevlə görüşdə iki ölkənin mədəni, dil, təfəkkür və dini ortaqlıqlarına toxunaraq, ümidvarlıq edib ki, İran və Azərbaycan Respublikası müxtəlif və əlaqədar sahələrdə təcrübə və informasiya mübadilələri həyata keçirəcəklər.

Şəriətmədari bildirib ki, sahibkarlıq İran ictimaiyyətinin mühüm ehtiyaclarından biridir. O, əlavə edib: “Fəhlələrin rifahı” və “Kooperasiyanı inkişafı” bankları birgə iş üçün praktik əsaslar və həll yolları təqdim edə bilərlər.

Sahil Babayev də bu görüşdə iki ölkənin ictimai, təhsil və sahibkarlıq sahələrindəkı həmkarlıq və təcrübələr mübadiləsinə işarə edərək, deyib: Cari ildə İran və Azərbaycan Respublikasının ticarət həcmi ötən ilə nisbətən təqribən yetmiş faiz artıb və iki ölkənin qarşılıqlı investisiyası da nəzərəçarpacaq artıma malik olubdur.

 

 

Şərhlər