Oct 09, 2019 14:21 Asia/Baku
  • Ruhani: Amerikanın İran xalqına maksimum təzyiq planı məğlubiyyətə uğradı

İran İslam Respublikası prezidenti Amerikanın İrana qarşı maksimum təzyiq planının məğlubiyyətə uğradığını bildirib və deyib: Bütün statistikalar, rəqəmlər eləcə də xalqın əhval-ruhiyyəsi göstərir ki, maksimum təzyiq siyasətinin təsir dövrü arxada qalıb.

İİR prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında deyib: İran xalqı müqavimət, səy və fədakarlıq və yüksək əhval-ruhiyyə ilə maksimum sanksiyaları və iqtisadi terrorizmi məğlubiyyətə uğratdı. 

İİR prezidenti həmçinin regionda gedən son hadisələrə münasibət bildirərkən deyib: Türkiyə dövləti özünün cənub sərhədləri barədə nigarandır amma bu nigarançılıqları aradan qaldırmağın düzgün yolunu seçməlidir. 

Ruhani deyib: İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclasında birmənalı şəkildə bildirildi ki, Suriyanın şimal və Türkiyənin cənub sərhədlərində təhlükəsizliyin bərqərar edilməsi sadəcə Suriya ordusunun iştirakı və Amerikan hərbçilərin bölgəni tərk etmələri ilə mümkün ola bilər. 

Ruhani qarşıdan gələn ərbəin mərasiminə də toxunub: Bu böyük toplantıda xalqın milyonluq iştirakı amerikanlar və sionistlərin ürəyini titrədir və onları qorxudur, bu böyük siyasi, mədəni vəmənəvi güc nümayişidir. 

Teqlər

Şərhlər