Oct 22, 2019 19:19 Asia/Baku
  • Önləyicilik düşmənin İrana hücumunun qarşısını alır
    Önləyicilik düşmənin İrana hücumunun qarşısını alır

Önləyiciliyin düşmənin İrana hücumuna mane olduğunu bildirən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb: Düşmən bilməlidir ki, islami vətənin sərhədlərini keçərsə, güclü və bacarıqlı silahlı qüvvə ilə qarşılaşacaqdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Mohəmməd Baqeri, bu gün səhər İran Ordusunun 65-ci diviziyasının və ordunun quru qoşunlarının yaşılpapaqlılar bölməsinin döyüş hazırlığı və müdafiə qabiliyyətini nəzərdən keçirərkən vurğulayıb: İran İslam Respublikasının Silahlı Qüvvələri tarix boyu göstəriblər ki, heç bir ölkəyə heç bir təcavüz və hücum niyyətində deyillər, amma hücumlar və pis niyyətlər qarşısında dayanırlar.

İran İslam Respublikası Silahlı Qüvvələrinin düşmənlərin fitnələri qarşısında böyük məsuliyyət daşıdıqlarını bildirən general Baqeri deyib: Davamlı təhlükəsizliyin, həmçinin düşmən təhdidlərinə qarşı təsirli və kəsərli müdafiənin yaradılması və yüksəldilməsi İran Silahlı Qüvvələrinin vəzifələrindəndir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran Ordusunun 65-ci diviziyasının döyüş hazırlığından və müdafiə gücündən razılıq edib. O, deyib: İran İslam Respublikasının düşmənləri bu qənaətə gəliblər ki, hər cür təcavüz təqdirində ağır tələfat, sursatların məhv edilməsi və böyük biabırçılıqla üzləşəcəklər.

 

Şərhlər