Oct 23, 2019 11:27 Asia/Baku
  • Ruhani sabah Bakıya gedir
    Ruhani sabah Bakıya gedir

İran İslam Respublikasının prezidenti Qoşulmama Hərəkatı ölkələrinin sammitində iştirak etmək üçün sabah Bakıya gedir.

Prezident adminstrasiyası başçısının rabitə və İnformasiya üzrə müavini Əlireza Moezzi bu gün deyib: Həsən Ruhani Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak və çıxış etmək üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevinin rəsmi dəvəti ilə Bakıya səfər edəcək.

Prezident adminstrasiyası başçısının rabitə və İnformasiya üzrə müavini söyləyib: Qoşulmama Hərəkatının sammitində çıxış etmək və İslam Respublikasının mühüm regional və beynəlxalq məsələlərdəki mövqelərini izah etməklə yanaşı, İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasının prezidenti ilə ikitərəfli görüşləri olacaq. Bu görüşlərdə Tehran-Bakı münasibətlərindəki ən mühüm məsələlər və birgə saziş və layihələrin icrası prosesi nəzərdən keçiriləcək.

Moezzi deyib: İran İslam Respublikasının prezidenti həmçinin Qoşulmama Hərəkatının sammiti çərçivəsində bəzi dövlət başçıları ilə görüşəcək. Bu görüşlərdə tərəfləri maraqlandıran ən vacib məsələlər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2019-2022-ci illər arasında, yəni üç il müddətinə sədrlik edəcək.

Qoşulmama Hərəkatı soyuq müharibənin qızğın çağında, 1961-ci ildə Yuqoslaviyanın paytaxtı Belqradda yaradılmış beynəlxalq bir təşkilatdır. Hazırda bu hərəkatla bağlı 120 rəsmi üzv və 17 üzv olmayan müşahidəçi dövlət var. Demək olar ki, bu hərəkat BMT üzvlərinin  üçdə ikisini və dünya əhalisinin 55%-ni özündə ehtiva edir.

 

Teqlər

Şərhlər