Nov 05, 2019 08:56 Asia/Baku
  • İİR XİN ABŞ-ın yeni sanksiyalarına reaksiya verib
    İİR XİN ABŞ-ın yeni sanksiyalarına reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika tərəfindən İranın fiziki və hüquqi şəxsləri və rəsmilərindən bir qrupuna qarşı sanksiyaların elan olunmasına reaksiyada deyib ki, Amerika rejiminin hökumət başçıları İran xalqının polad iradəsi qarşısındakı nakamlıqlarından irəli gələn məyusluqlarına məlhəm qoymaq üçün puç sanksiyalar elan edirlər.

Seyyed Əbbas Mousəvi bu kimi birtərəfli sanksiyaları pisləyərək, deyib: Bu cür hərəkətlər yalnız bu rejimin diplomatik və məntiqi həll yollarından bəhrələnmədəki zəiflik və acizliklərinin nişanəsi olubdur və Amerikanın digər ölkələrə və önəmli beynəlxalq məsələlərə quldurcasına baxış çərçivəsində dəyərləndirilə bilər.

İranın diplomatiya aparatının sözçüsü həmçinin Ağ Ev-in noyabrın 4-də verdiyi bəyanatı həyasızcasına bəyanat adlandırıb. Qeyd edib ki, Ağ Ev daim ədəbsiz və qeyri-diplomatik dildə, bağlanmış bir işi açıq saxlamaqla, tarixi təhrif etməyə çalışır.

 

Teqlər

Şərhlər