Dek 07, 2019 19:09 Asia/Baku
  • İranda parlament namizədlərinin qeydiyyatı sona çatdı
    İranda parlament namizədlərinin qeydiyyatı sona çatdı

Bu gün İranda 11-ci Məclisə namizədlərin qeydə alınmasının son günü idi. İslami Şura Məclisi seçkilərinin 11-ci dövrü üzrə böyük siyasi marafonun birinci mərhələsi başa çatdı.

İslami Şura Məclisi seçkilərinin 11-ci dövrü gələn ilin fevral-mart ayında keçiriləcək. Seçkilərin bu dövrünə namizədlər qeydiyyatdan keçmək üçün bu həftə boyu daxili işlər nazirliyinə gəldilər. Qeydiyyatın sonuncu günündə ölkənin baş prokuroru höccətulislam Montəziri ölkə üzrə seçki qərargahına baş çəkdi.

Bu 7 gün ərzində 11408 nəfər qeydiyyatdan keçib. Sonuncü gündə də qeydiyyatdan keçmək üçün 1935 nəfər ölkə boyu mövcud olan seçki qərargahlarına müraciət edibdir ki, 1336 nəfərin qeydiyyatı qətiləşibdir. Sonrakı etapda namizədlərin adları səlahiyyətlərinin araşdırılması üçün Negəhban Şurasına göndəriləcək.

Səlahiyyətlərin araşdırılması və təsdiqlənməsi gedişatı da qeydiyyatdan dərhal sonra başlanacaq. Bu proses seçkilərin keçirilməsinə on gün qalanadək davam edəcək. Həmin prosesdə icra və nəzarət heyətlərinə üzvlüyə könüllülərin səlahiyyətləri araşdırılacaq və cari günəş ilinin bəhmən ayının 23-cü günü ümumi şəkildə elan olunacaq.

 

 

Şərhlər