Dek 09, 2019 20:53 Asia/Baku
  • İranın cənubunda fəsildənkənar məhsul yığımı
    İranın cənubunda fəsildənkənar məhsul yığımı

İranın geniş ərazisinin böyük bir hissəsində, xüsusən şimal yarısında əhalinin şaxtalı-qarlı günlər keçirdiyi bir halda, ölkənin cənubunda tərəvəz məhsulları yığımı gedir.

İranın Hormozqan vilayətində noyabrın altısından göyərti və tərəvəz məhsullarının yığımı başlanıb və gələn ilin aprel-may ayınadək davam edəcək.

Bu il bir milyon 800 min ton məhsul yığılıb. Bu da ötənilki məhsuldan on faiz çoxdur.

Münasib iqlim şəraiti və daha yaxşı əkin əməliyyatı bu il məhsul artımının ən mühüm dəlillərindəndir.

Pomidor, soğan, istiot, xiyar, badımcan və qarpız İranın cənubunda yerləşən Hormozqan vilayətinin fəsildənkənar məhsullarıdır. Bu tərəvəz məhsulları vilayətin əkin sahələrinin 55 min hektarlıq ərazisində əkilir.

Hormozqan ilin soyuq fəsillərində bazarın göyərtisi və tərəvəzinin altmış faizini təmin edir.

Şərhlər