Yan 14, 2020 15:12 Asia/Baku
  • İngiltərə kor-koranə şəkildə ABŞ-ın terror avantürasında iştirak edir

İranın xarici işlər naziri vurğulayıb: İngiltərə tutuquşu kimi Amerikanın ardınca gedir və kor-koranə şəkildə ABŞ-ın Qərbi Asiya bölgəsindəki terror avantürasında iştirak edir.

Məhəmməd Cavad Zərif bu gün səhər tezdən tvitter-dəki şəxsi səhifəsində İraq savaşında İngiltərənin Amerika tərəfindən rüsvay edilməsini xatırladaraq, London başçılarına üzünü tutaraq, deyib: Dəyişikliyin yaradılması üçün şərəfli yolu seçin və məhkəmənin hökmünə əsasən, iranlılara olan borcunuzu ödəyin!

İngiltərənin İrana 450 milyon funt sterlinqlik borcu 1974 və 1976-cı illərdə İrana 1500 ədəd "Çiften" tankı və 250 zirehli avtomobilin satılması barədəki müqavilədən irəli gəlir.

Beynəlxalq Ədalət Məhkəməsi 2001-ci ildə  İngiltərə tərəfini ondan irəli gələn borc və xəsarəti ödəməyə məhkum etdi, lakin London indiyədək öhdəliklərini yerinə yetirməyibdir.

Şərhlər