Yan 21, 2020 09:03 Asia/Baku
  • İran təyyarə qəzası barədəki öhdəliklərinə əməl edib
    İran təyyarə qəzası barədəki öhdəliklərinə əməl edib

Ukrayna prezidenti bildirib ki, İran Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin Tehranda qəzaya uğraması ilə bağlı məsələlərə aydınlığın gətirilməsinə dair öhdəliklərinə əməl edibdir.

Vladimir Zelenski İran prezidentinin öz ukraynalı həmkarına olan mesajını aparan İranın yol və şəhərsalma naziri Mohəmməd Eslami ilə görüşdə deyib: İki tərəfin ardıcıl məşvərətlərindən, xüsusən İran prezidenti Həsən Ruhani ilə telefon söhbətindən sonra İran prezidenti ilə danışdığımız bütün məsələlər barədə razılıq əldə olunubdur.

Ukrayna prezidenti həmçinin İranın 45 ukraynalı ekspertin Tehranda olmasına şərait yaratması, həlak olmuş ukraynalıların cəsədlərinin dərhal tanınması, həmçinin onların öz ölkəlrinə qaytarılmalarına şərait yaratmasına işarə edərək, bu hava qəzası barədə daha attıq və təsirli təhqiqatın aparılmsı vacibliyini vurğulayıb.

Ukrayna hava yollarına məxsus bir sərnişin təyyarəsi İmam Xomeyni(r.ə.) adına hava limanının yaxınlığında qəzaya uğradı və onun 176 nəfərdən ibarət olan bütün sərnişin və ekipaj üzvləri həlak oldular.

 

Şərhlər