Fev 18, 2020 13:16 Asia/Baku
  • Zərif: Fələstin məsələsinin həlli müqavimət və fələstinlilərin səsinə müraciətdən ibarətdir
    Zərif: Fələstin məsələsinin həlli müqavimət və fələstinlilərin səsinə müraciətdən ibarətdir

İran İslam Respublikası xarici işlər naziri anti-Fələstin "əsrin sövdələşməsi" planının nəticə qazanmayacağını bildirərək deyib: Fələstin məsələsinin həlli yolu, müqavimət və fələstinlilərin səslərinə müraciətdən ibarətdir.

Məhəmməd Cavad Zərif Həzrət Ayətullahül-üzma Xameneinin əsərlərini mühafizə və nəşr bürosu ilə müsahibəsində deyib: Bu gün bütün fələstinli qruplar vahid səslə "əsrin sövdələşməsi" planına qarşı çıxır və Fələstin daxilində müqavimətə sövkənən bu vəhdət sionistlərin siyasətlərini zərərsizləşdirməkdə böyük əhəmiyyətə malikdir. 

Zərif həmçinin İran xalqının Asiyanın qərbindəki məzlum xalqlara dəstəyini davam etdirəcəyini bildirərək deyib: İran daima Fələstin müqavimətinin və əraziləri sionist rejim tərəfindən işğal edilmiş digər müsəlman ölkələrin o sıradan Livan və Suriyanın kənarında olub.

İİR XİN başçısı bəzi ərəb ölkələrinin sionistlərin fələstinlilərə qarşı cinayətlərinə susmalarını tənqid edərək deyib: Son illərdə bəzi ərəb ölkələri sionist rejim və Amerika ilə nəinki ciddi qarşılaşmayıblar hətta sionistlərlə müsəlman Fələstin ölkəsinə qarşı razılaşıblar. 

Zərif bəzi ərəb ölkələrinin Amerika və sionist rejimdən təhlükə satın almaq fikrində olduqlarını bildirərək deyib: Bu dövlətlər öz xalqlarına və müsəlman qonşularına etimad edərək sövkənməkdənsə Amerikadan təhlükəsizlik satın almağı düşünürlər. 

Şərhlər