İraqçi:
İran heç vaxt İbrahim razılaşmasına qoşulmayacaq
İran xarici işlər naziri Trampın İranın İbrahim razılaşmalarına qoşulacağına dair son iddialarına toxunaraq, bildirib ki, İbrahim planı kökündən xəyanətdir və İslam İnqilabının amallarına heç bir şəkildə uyğun gəlmir. Ona görə də belə bir şey əsla olmayacaq.
Seyid Abbas İraqçi dünən axşam televiziya proqramında Qəzzədə atəşkəslə bağlı deyib: "Biz Qəzzədə soyqırıma son qoyacaq istənilən təşəbbüsü həmişə dəstəkləyirik və beynəlxalq platformalarda dəfələrlə vurğulamışıq ki, bu cinayətlərin dayandırılması üçün ciddi addımlar atılmalıdır".
O, davamında deyib: "Sionist rejimə heç bir etimad yoxdur və təbiidir ki, biz bununla bağlı lazımi xəbərdarlıqları etmişik və bundan sonra da edəcəyik".
"Atəşkəsin birinci mərhələsi artıq həyata keçirilib, lakin Qəzzə ərazisinin 50 faizdən çoxu İsrailin işğalı altındadır. Bu rejimin tamamilə geri çəkilib-çəkilməyəcəyinə dair şübhələr var", - deyə İraqçi əlavə edib.
İraqçi, həmçinin Trampın İranın İbrahim razılaşmalarına qoşulacağı ilə bağlı açıqlamalarına toxunaraq, qeyd edib ki, Tramp adətən öz ambisiyalarını müxtəlif üsullarla ifadə edir. Lakin İbrahim planı kökündən xəyanətdir və İslam İnqilabının amallarına heç bir şəkildə uyğun gəlmir. Ona görə də belə bir hadisə heç vaxt baş verməyəcək".