Rəşt-Astara dəmir yolu üzrə müqavilə imzalanır
https://azeri.sahartv.ir/news/İran-i421907-rəşt_astara_dəmir_yolu_üzrə_müqavilə_imzalanır
İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Taraffo bildirib ki, Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Okt 12, 2025 07:40 Asia/Baku
  • Rəşt-Astara dəmir yolu üzrə müqavilə imzalanır

İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Taraffo bildirib ki, Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq.

Nazirlik rəsmisi qeyd edib ki, “Bu həftə Bakıda Şimal-Cənub Dəhlizində əməkdaşlığı inkişaf etdirmək üçün İran, Rusiya və Azərbaycanın mühüm üçtərəfli görüşü keçiriləcək”.

Tərəffo əlavə edib ki, Rəşt-Astara dəmir yolunun podratçısı kimi İran şirkəti ilə Rusiya şirkəti arasında kommersiya müqaviləsinin yekunlaşdırılması məsələsi davam edir.

Onun sözlərinə görə, tezliklə kommersiya müqaviləsinin imzalanacağı və layihənin icra mərhələsinə keçəcəyi gözlənilir.