Fev 20, 2020 20:17 Asia/Baku
  • İran hökuməti və müvafiq qrumları koronavirus ilə mübarizəyə tam hazır vəziyyətdədir

İran İslam Respublikası hökumətinin sözçüsü koronavirusun qarşısının alınması və bu virus ilə mübarizə üzrə qərargah yaradıldığını bildirərək deyib: Hökumət tam həssaslıq və var gücü ilə lazımı bütün təşəbbüsləri həyata keçirəcək.

Əli Rəbii bu gün öz Tvitter səhifəsində yazıb: Prezident Həsən Ruhaninin göstərişi ilə Səhiyyə Nazirliyində, səhiyyə naziri, Müalicə və Tibb təhsili naziri, mədəni irs, turizm və əl işləri sənayesi naziri, yol və şəhərsalma naziri, hökumətin sözçüsü və silhalı Qüvvələrin Baş Qərargahının nümayəndəsinin iştirakı ilə koronavirusun qarşısının alınması və bu virus ilə mübarizə üzrə qərargah yaradılıb və lazımı təşəbbüslər həyata keçiriləcək. 

Koronavirusa yoluxma hallarının müşahidə olunduğu Qum vilayətinin icra başçısı da deyib: Koronavirus ilə mübarizə üçün vilayətin bütün səhiyyə və müalicə bölmələri tam hazır vəziyyətdədir və vilayətdə bu virusun nəzarətə alınması üçün lazımı bütün profilaktik əməliyyatlar həyata keçməkdədir. 

Onun sözlərinə görə, Qumun Kamkar xəstəxanası koronavirusa yoluxmaqda şübhəli bilinən şəxslərin karantinə alınması üçün nəzərdə tutulub və bu məqsədlə növbəti mərhələ üçün Fürqani xəstəxanası müəyyənləşdirilib. 

Qum vilayətinin tibb elmləri universitetinin rektoru isə deyib: Tezliklə 400 min maska vilayətin apteklərində paylaşdırılacaq. 

İran İslam Respublikası Tibbi Təchizat Təşkilatının baş müdiri seyid Hüseyn Səfəvi isə ölkədə gündəlik 1 milyon 500 min maskanın istehsal olunduğunu və bu rəqəmin ölkənin ehtiyacını tamamiylə təmin etdiyini bildirib. 

İran İslam Respublikasının Təhsil Naziri də Səhiyyə Nazirliyi və Müalicə və Tibb Təhsili Nazirliyi ilə koordinasiya yaradılaraq məktəblərdə koronavirusa qarşı lazımı profilaktik əməliyyatlar üçün müvafiq təchizatların quraşdırılmasına göstəriş verildiyini deyib. 

Şərhlər