Apr 17, 2020 19:26 Asia/Baku
  • İnqilab Rəhbərinin salamı və məhəbbəti ordu işçilərinə bəyan edilib
    İnqilab Rəhbərinin salamı və məhəbbəti ordu işçilərinə bəyan edilib

İslam İnqilabının Böyük Rəhbərinin salamı və məhəbbəti Silahlı Qüvvələrin Ali Baş Komandanının ofis rəisi tərəfindən İran ordusunun işçilərinə bəyan edilib.

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının ofis rəisi briqada generalı pasdar Mohəmməd Şirazi bu gün İran İslam Respublikası Ordusunun baş komandanı general-leytenant Seyyed Əbdorrəhim Mousəvi ilə telefon əlaqəsində İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xameneinin salamı və məhəbbətini İran ordusunun komandanları və işçi təbəqələrinə, onların ailələrinə bəyan edib.

General pasdar Şirazi bu telefon əlaqəsində İran İslam Respublikası Ordusu günü münasibətilə İslam İnqilabının Böyük Rəhbərinin səmimi salamlarının İran ordusunun böyük ailəsinə, komandanları və işçi təbəqələrinə bəyan edilməsini istəyib.

İran təqvimində 17 aprel, İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə «Ordu günü» adlandırılıbdır.

İNQİLAB RƏHBƏRİNİN SALAMI ORDU İŞÇİLƏRİNƏ ÇATDIRILIB

Teqlər

Şərhlər