İran Pakistanda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinin kədərini bölüşüb
May 22, 2020 18:28 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Pakistanda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinin , Pakistan dövləti və xalqının kədərini bölüşüb.
İİR XİN sözçüsü Seyid Abbas Musəvi baş verən qəzaya görə təəssüfləndiyini bildirib Pakistan dövləti və xalqı eləcə də hadisə qurbanlarının ailələrinin kədərini bölüşüb.
Bu gün Lahurdan Kəraçiyə uçan bir ədəd sərnişin təyyarəsi Pakistanın cənubunda yerləşən Send əyalətinin yaxınlığında qəzaya uğrayaraq yaşayış məntəqəsinə düşüb. qəza nəticəsində 99 sərnişin və 8 ekipaj üzvü həlak olub.