Avq 03, 2020 20:15 Asia/Baku
  • Qalibaf İran-Türkiyə Parlament Dostluq Qrupunu təşkil etmək istəyir

İran İslam Şurası Məclisinin sədri Türkiyə Böyük Millət Məclisinin sədri ilə danışıqlarda İran İslam Şurası Məclisində Türkiyə ilə Parament Dostluq Qrupunun təşkil edilməsinə dair hazırlıq prosesinin həyata keçirildiyini bildirib və deyib: Biz İran-Türkiyə Parlament Dostluq Qrupunun təşkil edilməsində qətiyyətliyik.

Səhər Azəri bildirir ki, bu gün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Qalibaf iləTürkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop arasında telefon danışığı baştutub.

Mustafa Şəntop ilk olaraq Qalibafı Qurban Bayramı münasibətilə təbrik edib. Daha sonra koronavirus pandemiyası dövründə iki ölkənin səhiyyə nazirlikləri arasında daim "covid-19" virusu ilə mübarizə sahəsindəki təcrübələrin bölüşülməsinə işarə edərək, bu istiqamətdə davamlı olaraq əlaqələrin saxlanıldığını bildirib. 

İran və Türkiyə arasındakı qonşuluq münasibətlərinə, tarixi və mədəni ortaqlıqlara habelə, iki ölkə xalqları arasındakı yaxınmünasibətlərə işarə edən Mustafa Şəntop İran-Türkiyə əlaqələrinin bütün sahələr üzrə inkişaf etdirilməsini bir zərurət adlandırıb. 

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Qalibaf da bu telefon danışığında qarşı tərəfi Qurban Bayramı münasibətilə təbrik edib.

Məhəmməd Qalibaf daha sonra İran İslam Şurası Məclisində dostluq qrupunun yaradılmasına dair hazırlıq işlərinin görüldüyünü bildirib və deyib: Biz İran-Türkiyə Parlament Dostluq Qrupunun təşkil edilməsində qətiyyətliyik.

İran-Türkiyə əlaqələrinin bütün sahələr üzrə inkişaf etdirilməsini müsbət qarşılayan Qalibaf beynəlxalq və regional təşkilatlarda da iki ölkə arasındakı əməkdaşlıqların çoxaldılmasına təkid edib.

Teqlər

Şərhlər