Avq 04, 2020 20:05 Asia/Baku
  • İranın müdafiə naziri deyib:

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri düşmənlərin regionda əmin-amansızlığı təsbit etmək niyyətində olduqlarını bəyan edib və xatırladıb: "Müqavimət qrupları general Şəhid Qasim Süleymaninin komandanlığı ilə müqavimət göstərdilər və şəhidlərin qasnının bərəkəti sayəsində bu hadisə baş vermədi".

SəhərAzəri xəbər verir, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi bu gün Tehranda İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds qüvvələrinin şəhid komnadanı ordu generalı  Qasim Süleymaninin sərgisinin açılış mərasimində deyib: " Asiyanın qərb regionu üçün böyük planları olan və bu regionda əmin-amansızlığı on illər və yüz illər boyunca təsbit etməyə çalışan düşmənlərin xəbislikləri və vəhşicəsinə cinayətləri bu sərgidə nümayiş etdirilib". 

General-mayor Əmir Hatəmi əlavə edib: " Müqavimət döyüşçüləri general Qasim Süleymaninin şücaətli və qəhrəmancasına komandanlığı və İran İslam Respublikası Silahlı qüvvələrinin dəstəyi sayəsində küfr dünyası və pul və silahlarını regionda əmin-amansızlıq yaratmaq üçün səfərbər edən bütün qüvvələrin qarşısında dayandılar.

Ordu generalı şəhid Qasim Süleymaninin muzeyi və sərgisi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İran İslam Respublikasının yüksək rütbəli komandanlarının iştirakı ilə bu gün Tehranda açılıb.

İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds qüvvələrinin şəhid komnadanı ordu generalı Qasim Süleymani yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvətilə bu ölkəyə səfər etmişdi ki, İraqın Xalq Səfərbər qüvvələri Həşdüş-Şəbinin  komandan əvəzi Əbu Mehdi Əl-Mühəndis və digər 8 nəfərlə birlikdə ABŞ-ın terrorçu və təcavüzkar qüvvələrinin Bağdad aerportı yaxınlığına endirdiyi hava zərbələri nəticəsində şəhid edildi.

Teqlər

Şərhlər