Avq 05, 2020 22:12 Asia/Baku
  • Sepahın Baş Komandanından başsağlığı mesajı

General-mayor Hüseyn Səlami Beyrutda baş vermis faciəvi partlayışla bağlı başsağlığı verib.

SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Hüseyn Səlami Beyrut limanında çox sayda Livanlınının ölümü və yaralanması ilə nəticələnən güclü partlayış münasibəti ilə Livan Hizbullahının baş katibi Seyid Hassan Nəsrullah-a, bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının mesajı belədir:


بسم الله الرحمن الرحیم
 انا لله و انا الیه راجعون 

Beyrut limanında əziz və dirənişli Livan xalqından olan çoxlu sayda insanın ölümü və xəsarət alması ilə nəticələnən faciəvi partlayış münasibəti ilə Bu ölkənin xalqına və hökumətinə və xüsusilə də Hizbullah-ın Baş Katibi və Livan İslami Müqavimətinin rəhbəri, sarsılmaz mücahid əziz qardaşım Höccətül-İslam-vəl-müslimin seyyid Həsən Nəsrullah həzrətlərinə başsağlığı verirəm.
Mən Kədər dolu bir ürəklə, "İslam İnqilabı Keşikçiləri Korpusu"-nun Livan hökumətinə və xalqına, hadisədən zərər görənlərə hər cür yardım etməyə hazır olduğunu bildiri, Uca Tanrıdan şəhidlərə rəhmət, əziz yaralılara acil şəfa və müsibət görmüş ailələrə və bu ölkənin hörmətli insanlarına səbr və dözüm diləyirəm.

 General-mayor Hüseyn Səlami
 İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı

Teqlər

Şərhlər