Avq 07, 2020 19:47 Asia/Baku
  • Amerikanın İrana qarşı maksimum təzyiq strategiyasında forma dəyişikliyi

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsinin istefa verməsinə reaksiyada bildirib ki, maksimum təzyiq strategiyasının hədəfi, quruluşun dağıdılması və dəyişdirilməsindən İranın varlanmasının qarşısının alınmasına çevrildi.

SəhərAzəri Əli Şəmxani bu gün bir tvitt-də yazıb: Amerika prezidentinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hook da Ağ Ev-in keçmiş milli təhlükəsizlik müşaviri, ifratçı və qalmaqallı respublikaçı sima, Con Bolton kimi nakam şəkildə Ağ Ev-dən getdi.

Teqlər

Şərhlər