Avq 08, 2020 11:18 Asia/Baku
  • İranın BMT-yə məktubu: ABŞ beynəlxalq qanunları pozur

İranın BMT-dəki daimi nümayəndəsi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasına ünvanlanmış məktubda İranın sərnişin təyyarəsinin Suriya səmasında ABŞ qırıcıları tərəfindən izlənilməsinə kəskin etirazını bildirib.

SəhərAzəri bildirir ki, İran BMT-dən Suriya səmasında özünə məxsus sərnişin təyyarəsinin 2 amerikan qırıcı təyyarə tərəfindən izlənilməsinə etiraz olaraq, ABŞ-ın bu məsuliyyətsiz davranışa görə cavabdeh olmasını istəyib. 

Vaşinqton Post-un yazdığına görə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanlanmış məktubda ABŞ tərəfindən beynəlxalq qanunların və hüquq normalarının kobud şəkildə pozulmasına İranın kəskin etirazını bildirib və bu məsələnin beynəlxalq dairələr tərəfindən izlənilməsini istəyib. 

Rəvançi bu məktubda bildirib ki, 23 iyul tarixində İranın Mahan Air hava yolları şirkətinə məxsus Airbus A310 sərnişin təyyarəsi Suriya səmasında ABŞ qırıcılarının aqressiv rəftarına məruz qalıb. Halbuki, bu sərnişin təyyarəsi təyin olunmuş beynəlxalq traektoriya əsasında uçuşa malik olub. 

İranın BMT-dəki daimi nümayəndəsinin yazdığı məktubda bildirilir ki, təyyarənin pilotu sərnişinlərin həyatını xilas etmək üçün sürətlə hündürlüyü azaltmağa məcbur olub. Nəticədə bəzi sərnişinlər xəsarət alıblar. 

Rəvançi əlavə edib: İran mülki aviasiyaya dair beynəlxalq qanunlara əsasən Suriya dövlətindən baş vermiş hadisə ilə bağlı dərhal ciddi araşdırmalarına parılmasını istəyib. 

23 iyul tarixində Tehran hava limanını Beyrut istiqamətində tərk edən Mahan Air hava yolları şirkətinə məxsus Airbus A310 sərnişin təyyarəsi Suriya səmasında ABŞ-ın iki ədəd qırıcı təyyarəsinin aqressiv rəftarına məruz qalıb. 

Təyyarənin pilotu sərnişinlərin həyatını xilas etmək üçün hündürlüyü azaltmağa məcbur olub. Sonda təyyarə Beyrut hava limanına eniş edib. 

Teqlər