Avq 10, 2020 12:41 Asia/Baku
  • Musəvi: İranın yüksək səviyyəli rəsmisi Livana səfər edəcək

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Abbas Musəvi yaxın günlərdə yüksək səviyyəli bir İran rəsmisinin Livana səfər edəcəyindən xəbər verib. 

Sahar Azari bildirir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bu gün yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransında xarici siyasətlə bağlı sualları cavablandırıb. 

Seyid Abbas Musəvi həmçinin, ABŞ-ın İran əleyhinə silah embarqosuna dair qətnaməsinin BMT-nin Təhlükəsizlik Şurasında fiaskoya uğrayacağını deyib. 

Musəvi daha sonra Livanda baş vermiş son partlayışı kədərli hadisə adlandırıb və deyib: İran hökuməti ilk başdan Livan xalqı və dövlətinin kənarında olub.

İran XİN sözçüsü daha sonra Beyrut hadisəsinin ardınca Livanda baş qaldıran etirazları təbii adlandırıb və deyib: Böyük hadisə idi və ardınca etiraz dalğasının baş qaldırması təbii hal sayılır. Amma, bəzi ölkələr və ya qrupların bu məsələdən sui-istifadə etməyə çalışmaları qəbuledilməzdir. 

Teqlər

Şərhlər